AnalitikaGündəmSiyasət

Mina Təhlükəsi: İrsi Problem

Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar hələ də bölgədə ciddi təhlükə mənbəyidir. Bu silahlar yalnız hərbi baxımdan deyil, eyni zamanda mülki əhali üçün həyati risk daşıyır. Minalar kəndlər, yollar və əkin sahələri üzrə dağılmış halda qalaraq insanların normal həyatını məhdudlaşdırır.

Mina xəritələrinin mövcud olmaması problemə əlavə çətinlik yaradır. Ərazilərin dəqiq təmizlənməsi uzun və təhlükəli proses tələb edir. Hər il minlərlə insan bu silahların qurbanı olmaq təhlükəsi ilə üzləşir, qurbanlar arasında uşaqlar və kənd əhalisi xüsusi risk altında qalır.

Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla birgə mina təmizləmə layihələri həyata keçirir. Bu sahədə müasir texnologiyalardan və xüsusi təlim keçmiş kadrlar tərəfindən aparılan işlər, zərərçəkmişlərin qorunmasına yönəldilir. Lakin işin həcmi hələ də böyükdür və davamlı səylər tələb edir.

Mina təhlükəsi yalnız fiziki itkilərlə deyil, həm də regionun sosial-iqtisadi inkişafına mane olur. Bu problemin tam həlli üçün beynəlxalq dəstək və regiondakı sabitliyin təmin edilməsi vacibdir.

YAP Xəzər rayon təşkilatının fəalı
Ləman Məmmədova

Oxşar Xəbərlər

Back to top button