AnalitikaGündəmSiyasət

İkili Standartların Zərəri

“İkili standartlar” siyasəti beynəlxalq münasibətlərdə ədalətsiz yanaşmanın bariz nümunəsidir. Bəzi ölkələr və təşkilatlar eyni hadisələrə fərqli ölçülər tətbiq edərək, ədalətin prinsipini pozurlar. Bu yanaşma xüsusilə Azərbaycan və Ermənistan məsələsində aydın görünür, işğal və münaqişələrə dair ikili standartlar bölgədə sülh prosesini çətinləşdirir.

Belə siyasət həm hüquqi, həm də siyasi sahədə gərginliyi artırır. Əgər bir dövlətin hərəkətləri qınanırsa, digərinin oxşar hərəkətləri görməməzlikdən gəlinsə, ədalət prinsipi pozulur və tərəfsizlik şübhəsi yaranır. Bu isə qarşıdurmaların həllini ləngidir və münaqişələri uzadır.

Azərbaycan diplomatik səylərlə hər zaman ədalətin bərpasına çalışıb. Lakin ikili standartlar səbəbindən beynəlxalq aləmdə işğal faktları uzun müddət yetərincə qiymətləndirilməmişdir. Bu, regionda balansın pozulmasına və gərginliyin artmasına gətirib çıxarmışdır.

Ədalət yalnız prinsiplərə sadiqliklə təmin olunur. “İkili standartlar” siyasətinin nəticəsi isə həm tərəflərin etimadını sarsıdır, həm də sülhün bərqərar olmasına mane olur. Beynəlxalq cəmiyyətin bu siyasətdən uzaq durması, ədaləti tərəfsiz və bərabər şəkildə təmin etməsi vacibdir.

YAP Xəzər rayon təşkilatının fəalı
Ləman Məmmədova

Oxşar Xəbərlər

Back to top button