AnalitikaGündəmSiyasət

Şəhidlərin Əbədiləşən Xatirəsi

Əziz həmvətənlər, Anım Günündə Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin xatirəsi qarşısında baş əyirik. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onların ailələrinə səbir arzulayırıq. Onların qanı yerdə qalmadı və bu qələbə onların xatirəsinə ərmağandır.

Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir. Onların şücaəti, mərdliyi və fədakarlığı artıq dastana çevrilmişdir. Hər bir qəhrəmanın hekayəsi gələcək nəsillərə vətənpərvərlik, cəsarət və milli birlik nümunəsi olaraq ötürüləcəkdir.

Azərbaycan isə yalnız qələbə ilə kifayətlənməmiş, həm də yaralı hərbçilərin sağalması üçün bütün imkanlardan istifadə edir. Ən ağır vəziyyətdə olan əsgər və zabitlərin normal həyata dönməsi üçün lazımi tədbirlər görülür, onların bərpası prioritetdir. Bu, dövlətin hər bir qəhrəmanına olan borcudur.

Bu müqəddəs gündə biz bir daha birləşir, şəhidlərimizin ruhunu ehtiramla yad edir və onların qoyduğu zəmin üzərində ölkəmizi daha da gücləndirməyə sadiqlik göstəririk. Qələbə yalnız hərbi zəfər deyil, həm də milli həmrəyliyin və əbədi xatirənin təntənəsidir.

YAP Xəzər rayon təşkilatının fəalı
Xəyal Rzazadə

Oxşar Xəbərlər

Back to top button