Müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayaraq 10 noyabr üçtərəfli Bəyanatına əsasən üzərinə müəyyən öhdəliklər götürmüş mənfur düşmənimiz Ermənistan aradan keçən müddət ərzində regionda vəziyyəti gərginləşdirmək və sülh prosesinə zərbə vurmaq istiqamətində davamlı təxribatlar törədirdi. Belə ki, müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən Ermənistanda həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək ölkəmizə qarşı düşmənçilik toxumları səpməkdə idi. Məhz bu məkrli planları həyata keçirməyə çalışan mənfur düşmən zaman-zaman müxtəlif təxribatlar və terror aktları həyata keçirirdilər.
Ermənistanın dövlət səviyyəsində törətdiyi terror aktlarından sonuncusu 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayonunda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisidə törədildi. Həyata keçirilən terror aktı nəticəsində 2 nəfər mülki və 4 nəfər polis işçisi erməni terrorunun qurbanına çevrildi. Buna cavab olaraq Azərbaycan dövləti tərəfindən arası kəsilməyən təxribat və terrorların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində yerləşən separatçılara qarşı lokal anti-terror əməliyyatı başladıldı. Xarici təzyiqlərə baxmayaraq Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvası qısa vaxt ərzində, cəmi 24 saata məhv edildi və milli suverenliyimiz bərpa edildi. Xüsusi hazırlanmış və lokal xarakterə malik olan antirerror əməliyyatına qondarma xunta rejimi müqavimət göstərə bilmədi və “ağ bayraq” qaldıraraq təslim oldu. Azərbaycanın şanlı tarixinə növbəti qələbə kimi düşmüş bu tarixi Zəfər ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, eyni zamanda regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil etdi. Beləliklə, tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.
Bu şanlı qələbədən sonra 2023-cü il sentyabr ayının 20-də Möhtərəm cənab Prezident İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına müraciətində əldə edilmiş tarixi Zəfərimizdən bəhs edərək lokal xarakterli antiterror əməliyyatının zəruriliyini vurğuladı və qarşıya oyulan vəzifələrin 24 saat içində uğurla yerinə yetirildiyini qeyd etdi. Cənab Prezident həmçinin bu antirerror əməliyyatı nəticəsində suverenliyimizin bütün ərazilərimizdə bərpa olunduğunu xüsusi qeyd edərək bildirdi ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Cənab Prezident xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti regionda sülh və əməkdaşlığın tərəfdarıdır və bu istiqamətdə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməkdədir. Ölkə başçısı bir daha revanşist qüvvələrə xəbərdarlıq edərək bildirdi ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!
Qürurverici haldır ki, hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə, o cümlədən Xankəndi şəhərində ucaldılan şanlı bayrağımız bir daha təsdiqlədi ki, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Bu günün reallığı bir daha sübut edir ki, 20 il ərzində Möhtərəm cənab Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. İnanırıq ki, Möhtərəm cənab Prezidentin rəhbərliyi altında Azərbaycan bundan sonra da daha böyük zirvələr fəth etməklə tarixi qələbələr əldə edəcəkdir.

Kamil Xəlilov
Siyəzən Rayon Statistika İdarəsinin rəisia