
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatlar baş verdi. Bu təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah etmək və ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunu bərpa etmək məqsədilə antiterror əməliyyatına başlanıldı.
Əməliyyat yalnız 23 saat davam etdi, lakin onun nəticələri olduqca əhəmiyyətli oldu. Qısa müddət ərzində Azərbaycan Ordusu bütün qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi, düşmənin planlarını puç etdi və bölgədə sabitliyi təmin etdi.
Bu əməliyyat həm hərbi, həm də siyasi baxımdan Azərbaycan üçün mühüm addım oldu. Ordunun peşəkarlığı, strateji hazırlığı və qəhrəmanlığı regionda dövlət hakimiyyətinin bərpasını mümkün etdi. Əməliyyat nəticəsində həm də vətəndaşların təhlükəsizliyi qorundu, qanuniliyin bərpası təmin edildi.
Sentyabr əməliyyatı Azərbaycan tarixində qısa, lakin strateji əhəmiyyətli bir hadisə kimi yadda qaldı. Bu qələbə həm də dövlətin gücünü, ordunun hazırlığını və xalqın milli iradəsini nümayiş etdirdi.
Günay Şahverdiyeva
YAP Xəzər rayon təşkilatının fəalı