AnalitikaGündəmSiyasət

Müharibədən Sonra Azərbaycanın Sülh Çağırışları və Ermənistanın Təxribatları

Müharibədən sonra Azərbaycan dövlətinin əsas prioriteti bölgədə davamlı sülhün təmin olunması olub. Bunun üçün Bakı dəfələrlə Ermənistan tərəfinə rəsmi çağırışlar edib, dialoq və danışıqlar yolu ilə gərginliyin aradan qaldırılmasını təklif edib.

Lakin Ermənistan hər dəfə danışıqlardan boyun qaçıraraq konstruktiv addımlar atmaqdan imtina edib. Bu münasibət Azərbaycanın sülh təşəbbüslərinə mane olmaqla yanaşı, regionda stabilliyi pozan ciddi problemlər yaradıb.

Bununla kifayətlənməyən Ermənistan, Azərbaycanın suveren ərazilərində silahlı təxribatlarını davam etdirib. Bu təxribatlar həm əhalinin təhlükəsizliyini, həm də dövlətin ərazi bütövlüyünü təhdid edib, regionda əlavə gərginlik yaradıb.

Azərbaycan dövləti isə münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq hüquq çərçivəsində diplomatik və hərbi tədbirlərini davam etdirib. Dövlətin məqsədi həm ərazilərin təhlükəsizliyini təmin etmək, həm də davamlı sülhün bərqərar olmasını təmin etmək olub.

Turan Zeynalzadə
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button