
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb.
Globalnews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanun imzalayıb.
Qanuna əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılıb.