Siyasət

Azərbaycan yeni konvensiyaya qoşulub

Azərbaycan GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında konvensiyanı təsdiqləyib.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Qanunu Prezident İlham Əliyev imzalayıb.

Sənədə əsasən “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiya təsdiq edilib.

Oxşar Xəbərlər

Back to top button