Siyasət
Milli Məclisin nümayəndə heyəti Türkiyəyə səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfər edib.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin APA-nın 13-cü plenar sessiyasında çıxışı, həmçinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.