GündəmSiyasət

Tənzilə Rüstəmxanlı: 15 iyul hadisələri sanki Azərbaycanda baş vermişdi, xalqımız Türkiyədəki hadisələri diqqətlə izləyirdi

Türkiyə və Azərbaycan bir-birinin həm daxili, həm də xarici məsələlərini yaxından izləyir.

Globalnews.az “Report”-a istinadən  xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”unda deyib.

Onun sözlərinə görə, iki ölkənin münasibətlərini sevməyən qüvvələr çox idi və indi də var:

“Onlar həm Azərbaycanda, həm Türkiyədə idi. 15 iyul hadisələri sanki Azərbaycanın içində baş vermişdi. Xalqımız Türkiyədəki hadisələri diqqətlə izləyirdi. Xalq bilir ki, Türkiyənin başına nəsə gəlsə, bütün Türk dünyası ziyan görəcək. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olması bütün Türk dünyasına örnəkdir”.

Oxşar Xəbərlər

Back to top button