AnalitikaGündəmSiyasət

Gücün Simvolu: Azərbaycanın Ən İri Elektrik Stansiyası

“8 Noyabr” Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil, ölkəmizin texnoloji gücünün və strateji baxışının simvoludur. Bu stansiya Azərbaycanın ən iri elektrik istehsal müəssisəsi kimi tarixə düşür və enerji sektorunda mühüm bir mərhələni ifadə edir. Mingəçevirdə inşa edilən bu nəhəng obyekt ölkənin daxili tələbatını qarşılamaqla yanaşı, ixrac potensialını da artırır.

İnfrastruktur baxımından stansiya qabaqcıl texnologiyalarla təchiz olunmuşdur. Burada istifadə edilən kombinə edilmiş çevik enerji blokları daha az yanacaq sərfiyyatı ilə daha çox enerji hasil etməyə imkan yaradır. Bu da həm iqtisadi, həm də ekoloji baxımdan mühüm üstünlükdür. Stansiya, eyni zamanda, ölkənin enerji sisteminin çevikliyini və stabilliyini xeyli artırır.

Prezident İlham Əliyevin bu layihənin açılışında iştirakı onun strateji əhəmiyyətini bir daha təsdiqlədi. Dövlət başçısının qeyd etdiyi kimi, “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın müstəqilliyini və dayanıqlılığını təmin edən sütunlardan biridir. Layihənin adı da təsadüfi seçilməyib – 8 Noyabr xalqımızın şanlı Zəfər gününü əbədiləşdirir.

Azərbaycan artıq təkcə neft və qazla deyil, elektrik enerjisi ilə də güclü bir enerji ölkəsi kimi tanınmağa doğru irəliləyir. Bu stansiya ilə enerji istehsalı sahəsində yeni bir dövr başlayır və bu dövr ölkəmizin daha sabit, güclü və iqtisadi cəhətdən dayanıqlı olmasına xidmət edəcək.

Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button