Emin Əmrullayev: Gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır

Gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır.
Globalnews.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə danışıb.
Onun sözlərinə görə, tədqiqatlar anaların təhsilli olmasının sonrakı nəslin daha hazırlıqlı və savadlı yetişməsinə təsir etdiyini göstərir:
“Ona görə də təhsilin bütün pillələrində qadınların və qızların iştirakı təmin edilməlidir. İnanırıq ki, gənc qızların təhsilinə dəstək layihələri, təqaüd proqramları daha çox olmalıdır. Bu, xeyriyyəçilik ənənələrinin geri qayıtması baxımından da faydalıdır. Bir cəmiyyətin inkişafı onun parçası olan qadınların inkişafından birbaşa asılıdır. Qadınların güclü olması kişilərin zəif olması deyil, onların daha da güclü olması anlamına gəlir. Eyni zamanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi, özəl və dövlət sektorunun bu işdə birgə fəaliyyəti təhsilin inkişafına dəstəkdir”.