AnalitikaGündəmSiyasət

Biz vahid mövqedən çıxış edirik

Azərbaycan dünyanın əksər ölkələri ilə olduğu kimi, Vyetnam ilə də qarşılıqlı maraqlara söykənən diplomatic əlaqələrə malikdir və bu əlaqələr getdikcə inkişaf etdirilir.  Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmasları hələ keçən əsrin 50-ci illərinin sonlarından başlayaraq qurulub. Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən, 1983-cü ildə Sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri isə xalqlar arasında qarşılıqlı rəğbət və əməkdaşlığın daha da inkişafına təkan vermişdir.

Qeyd edək ki, Ulu öndərin bu səfəri müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də vyetnamlılar tərəfindən minnətdarlıqla xatırlanır.

Ulu Öndər tərəfindən etibarlı təməllər əsasında qurulan bu ikitərəfli münasibətlər müasir dövrdə də ölkə rəhbərlərinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, imzalanan ikitərəfli əməkdaşlıq müqavilələri ilə daha da inkişaf etdirilir.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə ölkəmizə səfəri də ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etməklə bir sıra vacib sənədlərin imzalanması ilə yadda qaldı. Səfər zamanı ölkə rəhbərlərinin mətbuata birgə bəyanatı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunmuş, imzalanmış sənədlərin əhəmiyyətini xüsusi qeyd etmişdir:

“Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.”

Tamerlan Qurbanov
YAP Siyəzən RT-nın məsləhətçisi:       

Oxşar Xəbərlər

Back to top button