AnalitikaGündəmSiyasət

Azərbaycan-Vyetnam arasında çox ciddi əməkdaşlıq potensialı var

“Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırır, gələcək ikitərəfli əməkdaşlıq üçün də vacib rolunu nümayiş etdirir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Vyetnam-Azərbaycan arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var: “İki ölkə arasında həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində əməkdaşlığa dair razılaşmalar əldə olunub ki, bu da qarşılıqlı ticarət dövriyyəsinin artmasına, eyni zamanda investisiya imkanlarının genişlənməsinə əsaslar yaradacaq”.

“Azərbaycan ilə Vyetnam beynəlxalq platformalarda da qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Vyetnam bir neçə il öncə Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləyib, bu gün isə iki ölkə Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərirlər.

Oxşar Xəbərlər

Back to top button