
Azərbaycanın Cənubi Qafqazda mühüm rolu qonşu dövlətlərin daim diqqət mərkəzində olmuşdur. Bugünkü siyasi-iqtisadi vəziyyət də göstərir ki, Azərbaycan hazırda da əhəmiyyətli bir ölkə kimi bir cox sahələrdə qonşularla münasibətlərini inkişaf etdirən etibarlı tərəfdaşdır. 16 aprel 2025-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan prezidenti Mixeil Kavelaşvili ilə Bakıda görüşü zamanı verdiyi bəyanatlarda da qonşu dövlətlə ölkəmizin münasibətlərinin tərəflər üçün xüsusi önəm daşıdığını göstərir. Silhlı Qüvvələrimizin ali baş komandanı cənab İlham Əliyevin bəyanat zamanı söylədiyi nitq tarixi əhəmiyyət daşıyır.
Bildiyimiz kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. …Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir”. Ümid edirəm ki, hər zaman ölkələrimiz arasında olan münasibətlər bundan sonra yaxşı mənada daha da yüksələn xətlə inkişaf etdiriləcəkdir. Bu münasibətlər Azərbaycan və gürcü xalqının birgə maraqları çərçivəsində ölkələrimizin rifana yaxşı təsir göstərməkdə davam edəcəkdir.
Prezident İlham Əliyev bu görüş zamanı regionda sabitliyin, əmin-amanlığın Azərbaycan tərəfi üçün önəmindən bəhs edərək bu istiqamətdə də Azərbaycanın dölət marağını ifadə etmişdir. O bu məsələdə Gürcüstanın da maraqlı olduğunu qeyd edərək obyektiv, qərəzsiz,region üçün daim vacib olan məsələyə bir daha aydın münasibət bildirmişdir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.
Gürcüstan Prezidenti ilə birgə bəyanat zamanı prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin beynəlxalq əhəmiyyətinə də toxunaraq bu münasibətlərin region hüdudlarını aşaraq daha qlobal səviyyədə önəm daşıdığını qeyd etmişdir. “Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir.
Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər”.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir. Eyni zamanda Gürcüstanın keçmiş Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 1 rəsmi, 1 işgüzar səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər isə 16 iyun 2022-ci ildə baş tutmuşdur. Bunlarla yanaşı Gürcüstanın yeni seçilmiş prezidentinin ilk xarici səfərinin Azərbaycana olması da ölkələrimizin hərtərəfli münasibətlərinin önəmli olduğunu göstərir. Bu əlaqələr hər iki ölkənin hökumət başçıları tərəfindən də uğurla davam etdirilməkdədir.
Xarici siyasətdə ölkələrimiz beynəlxalq müstəvidə daim bir-birinin maraqlarını dəstəkləyir. Azərbaycan və Gürcüstan parlamentləri arasındakı münasibətlərdən də ürək dolusu danışmaq olar. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu günə qədər Azərbaycan və Gürcüstan dövlətləri arasında imzalanmış sənədlər mühüm hüquqi əhəmiyyət daşıyır və əlaqələrimizin hüquqi bazasını təşkil edir.
Kamil Səbzalıyev,
Xəzər rayonu 26№ li tam orta məktəbin müəllimi