
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabırın 18-də yaradılıb.1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin,1906-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.Bundan başqa 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın,2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi büyövlüyünə hörmət edir. Gürcüstan Prezidenti Kavelaşvili mətbuata bəyanatında bu məsələyə toxunaraq “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim” deyib.
Gürcüstan həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan-Azərbaycan arasında danışıqlarda konstruktiv mövqe sərgiləyib, yeri gəldikdə, vasitəçilik təklifləri irəli sürüb. 44 günlük müharibə zamanı Gürcüstan Rusiya və Qərbdən gələn yardımların Ermənistana keçidinə də imkan verməyib. Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya, Osetiya münaqişələrində Tbilisini dəstəkləyib. Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkədəki ən sabit və sülh tərəfdarı olan etnik azlıqdır.
Gürcüstanda abxazlar, osetinlər, hətta ermənilər belə Rusiyanın təhlili ilə vaxtaşırı Gürcüstan dövlətinə qarşı separaçı fəaliyyət içərisində olsa da, orada yaşayan azərbaycanlılar hökumətə sadiq qalıb. Təbii ki, bu məsələdə Bakının sərgilədiyi mövqe də mühümdür. Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə mətbuata bəyanatında deyib ki, “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.
Həqiqətən də Gürcüstan və Azərbaycan regionda mühüm meqalayihələri birgə icra edir. Bunlardan ən önəmlisi TANAP layihəsidir. Hansı ki, bu layihə ilə rəsmi Bakı Avropanın enerji təminatında ildən-ilə mühüm oyunçuya çevrilir. Gürcüstan isə ötürücü ölkə olaraq mühüm paya malikdir. Təbii ki, Gürcüstanın Batum və Poti limanları da Azərbaycanın dünya ticarətinə açılan pəncərələridir. Yəni iki ölkə arasında səmimi dostluqdan əlavə,həm də qarşılıqlı maraqlar çərçivəsində uğurlu əməkdaşlıq var. Ümumiyyətlə, Gürcüstanın Azərbaycan üçün önəmini ölkə başçısının bu sözləri də gözəl ifadə edir: “Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunun Azərbaycansız, Gürcüstansız təsəvür etmək mümkün deyil”.
Gürcüstanda son bir ildə baş verən daxili, siyasi proseslər də əslində Tbilisi-Bakı dostluğu baxımından mühüm sınaq oldu. Belə ki, 2024-cü ildə Gürcüstanda baş verən parlament seçkiləri və sonrasında Qərbin reaksiyaları Tblisinin daxili işlərinə müdaxilə kimi məsələlərdə Azərbaycan təmkinli mövqey sərgilədi. Azərbaycan Gürcüstanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu dəfələrlə bəyan etdi, hətta seçkilərdə Azərbaycandan nümayəndələrdə iştirak etdi. Mixail Kavelaşvilinin bu baxımdan səsləndirdiyi fikirlər diqqət çəkir: “Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çox saylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki ,Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiyəsi sahəsində əməkdaşlıq intensivləşib”.
Yeni dünya düzənin formalaşdığı bir məqamda Bakı-Gürcüstan münasibətlərin dahada güclənməsi həm də regional aspektdən xüsusi əhəmiyyət kəsb edir.
Ağamalıyeva Səidə,
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin direktoru