
Azərbaycan xalqı üçün 30 il davam edən işğal yalnız torpaq itkisi deyil, həm də mədəni irsin dağıdılması, hüquqların tapdanması və uzunmüddətli ədalətsizlik simvolu olub. Bu tarix bizim yaddaşımızda silinməz iz buraxmalı və gələcək nəsillərə ötürülməlidir. Unutmaq, baş verənləri rəsmiləşdirmədən keçmək deməkdir – bu isə nə milli ruhumuza, nə də dövlətçilik prinsipimizə uyğundur.
Azərbaycanın atdığı addımlar beynəlxalq hüququn prinsiplərinə tam əsaslanır. Ərazi bütövlüyünün bərpası, suveren sərhədlərin qorunması və konstitusiya quruluşunun bərqərar olunması dövlətin ən təbii və legitim haqqıdır. Biz müharibəni deyil, ədaləti bərpa etdik; silaha əl atmaq isə məcburi vəziyyətdən doğan son çıxış yolu idi.
Tarix qarşısında da, beynəlxalq ictimaiyyət qarşısında da əminliklə deyə bilərik ki, gördüyümüz işlər nə mübahisəlidir, nə də qeyri-qanunidir. Əksinə, biz beynəlxalq hüquqa uyğun şəkildə davranaraq ədalətin təntənəsini təmin etdik. Bu yolda atılan hər addım vicdanlı və haqlı bir mövqeyin təzahürüdür.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı