AnalitikaGündəmSiyasət

Azərbaycanın sülh siyasəti beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş obrazını gücləndirir

Azərbaycanın xarici siyasətində Türkiyə və İsrail xüsusi yerə malikdir. Bu iki ölkə ilə qurulmuş münasibətlər illər ərzində etimad və qarşılıqlı dəstək üzərində formalaşıb. Türkiyə ilə qardaşlıq, İsraillə isə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq Azərbaycanın regional siyasətində sabitlik və əməkdaşlıq amillərini gücləndirir.

Azərbaycan, həmişə körpülər qurmağa çalışan ölkə kimi, dostları arasında münasibətlərin normallaşmasını da dəstəkləyib. Bu kontekstdə Türkiyə və İsrail arasında dialoqun bərpasına yardım etmək istəyi, Bakının balanslı və səmimi diplomatiyasının təzahürüdür. Azərbaycan bu məsələyə həm prinsipial mövqedən, həm də regional sabitliyə töhfə baxımından yanaşır.

Bu təşəbbüslər yalnız ikitərəfli münasibətləri deyil, eyni zamanda üçtərəfli əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Azərbaycanın vasitəçi və təşviqedici rolu, regionda dialoqun və qarşılıqlı anlaşmanın artmasına səbəb olur. Bu da ölkəmizin beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button