AnalitikaGündəmSiyasət

Azərbaycan sülh prosesində beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirir

Reallıqlar fonunda baxdıqda, ATƏT-in Minsk qrupunun hüquqi və praktiki baxımdan fəaliyyətini davam etdirməsinin heç bir əsaslı səbəbi qalmayıb. Bu qurum uzun illər ərzində problemin həllində passiv mövqe sərgiləyib və nəticə etibarilə status-kvonun saxlanmasına xidmət edib. Münaqişənin artıq hərbi-siyasi yolla bitməsi və Azərbaycan ərazilərinin azad olunması fonunda Minsk qrupunun funksional rolu tam mənasızlaşıb.

Buna baxmayaraq, bəzi dairələr Azərbaycanın guya Ermənistana qarşı yeni hərbi əməliyyatlar hazırladığına dair əsassız və qərəzli iddialar səsləndirməkdə davam edirlər. Bu cür mülahizələr reallıqla üst-üstə düşmür və daha çox siyasi manipulyasiya məqsədi daşıyır. Azərbaycan öz suveren ərazisində konstitusiya qaydalarını bərpa edib və heç bir təcavüz planı gündəmdə deyil.

Belə ritorikaların davam etdirilməsi nə regionda sabitliyə xidmət edir, nə də sülh prosesinə töhfə verir. Beynəlxalq ictimaiyyət reallıqları dərk etməli, köhnə şablonlardan imtina etməli və ədalətli yanaşma sərgiləməlidir. Məhz bu halda Cənubi Qafqazda davamlı və ədalətli sülh mümkündür.

Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button