AnalitikaGündəmSiyasət

Azərbaycan təkcə coğrafi deyil, diplomatik baxımdan da qlobal xəritədə mühüm mərkəz kimi tanınır

Bugünkü geosiyasi mənzərəni anlamaq üçün dünya xəritəsinə baxmaq kifayətdir: Azərbaycanın yerləşdiyi mövqe təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də strateji əhəmiyyət daşıyır. Qafqazın kəsişmə nöqtəsində qərar tutan bu ölkə həm enerji, həm nəqliyyat, həm də diplomatik marşrutlar baxımından əsas mərkəzlərdən birinə çevrilib. Bu səbəbdən də Azərbaycanın iştirak etmədiyi qlobal təşəbbüslərin tam və dayanıqlı olması çətin təsəvvür olunur.

Son illərdə Azərbaycan öz xarici siyasətində tarazlı və çevik yanaşma sərgiləyərək, bir çox ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmağa nail olub. İstər regional əməkdaşlıq, istərsə də beynəlxalq platformalarda iştirak baxımından ölkənin nüfuzu durmadan artır. Bu münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi, mədəni və humanitar sahələri də əhatə edir.

Azərbaycanın dialoqa və əməkdaşlığa açıq mövqeyi, onu müxtəlif güc mərkəzləri üçün etibarlı tərəfdaşa çevirib. Bu yanaşma, beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir dövrdə daha da dəyərli olur. Azərbaycan artıq təkcə coğrafi deyil, diplomatik baxımdan da xəritənin vacib mərkəzlərindən biri kimi qəbul olunur.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button