
Bir il yarım əvvəl cəmi bir sutkadan da az çəkən, lakin strateji və tarixi baxımdan son dərəcə mühüm olan hərbi əməliyyat, Azərbaycanın uzun illər ərzində davam edən ərazi bütövlüyü mübarizəsinə yekun vurdu. Bu qətiyyətli və planlı addım nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi və ölkənin konstitusiya quruluşu bütün ərazilərində təmin olundu. Əməliyyatın uğuru, həm də beynəlxalq hüquq çərçivəsində özünü müdafiə hüququnun praktik təcəssümü kimi dəyərləndirildi.
Dövlətin hərbi-siyasi rəhbərliyi tərəfindən yüksək dəqiqliklə idarə olunan bu proses zamanı mülki əhalinin təhlükəsizliyinə maksimum diqqət yetirildi. Əməliyyatın sürəti və dəqiqliyi Azərbaycan Ordusunun peşəkarlığını və hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. Eyni zamanda bu qələbə, cəmiyyətin milli birlik və həmrəylik ruhunu daha da gücləndirdi, vətəndaşlar arasında böyük ruh yüksəkliyi yaratdı.
Bu tarixi hadisə yalnız hərbi qələbə deyil, həm də ədalətin bərpası kimi dəyərləndirilməlidir. Azərbaycan artıq post-münaqişə mərhələsinə keçərək həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə start verib. Əldə edilən uğur gələcək nəsillərə öz torpağını qorumağın nə qədər müqəddəs və zəruri olduğunu bir daha sübut etdi.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi