AnalitikaGündəmSiyasət

Azərbaycan xalqı beynəlxalq səviyyədə haqq səsini daim ucaldaraq ədalətin bərpası üçün mübarizə aparmışdır

Hər birimizə məlumdur ki, işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silmişlər. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə özünkiləşdirməyə çalışmışlar.

Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,  695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin  dağıdılmasına səbəb olmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv  etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli  40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır.Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi.

Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq!” – bu sözləri İlham Əliyev ilk dəfə prezident seçilərkən söyləmişdir. Bəli, həqiqətən də, Azərbaycan xalqı bu işğalla barışmadı, onu qəbul etmədi, erməni təcavüzkarlarının ona qarşı törətdiyi vəhşiliyi, zorakılığı heç bir zaman unutmadı. “Qarabağ” isə heç unudulmadı! Deyilən bu sözlərinin sübutu isə 2020 –ci il sentyabr ayının 27-də başlanan və 44 gün çəkən mübarizəmizdə öz əksini tapdı.

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bu yeni tarix cənab prezidentimiz İlham Əliyevin böyük sərkərdiliyi, igid oğullarımızın, hərbiçilərimizin, özlərini vətən uğrunda fəda edən şəhidlərimizin qanı – canı bahasına əldə olunmuşdur. Azərbaycan xalqı və müzəffər ordumuz bu 44 gün ərzində böyük əzmkarlıq nümunəsi göstərərək 30 illik həsrətə son qoydu və dövlət sərhədlərimizin bötüvlüyü təmin edildi. Və bu 30 illik həsrətə son qoyuluş Azərbaycan xalqının yenidən dirçəlişinə, birliyinə zəmin yaratdı, onun xalq olaraq yenilməz olduğunu bir daha sübut etdi. Bu şanlı tarix vaxtilə el – obasından didərgin düşmüş, gecə saatlarında öz yurdlarını ayaqyalın tərk etmiş insanların 30 ildən sonra öz doğma yuvalarına qayıtmasına səbəb oldu. Artıq o insanların gözləri yaşlı, könülləri qubarlı deyil. Vətən həsrətinə daha son qoyulub.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button