AnalitikaGündəmSiyasət

Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələr inkişaf edir

Üç onillik boyunca Azərbaycanın əraziləri Ermənistanın işğalı altında qalmış, bu müddət ərzində ölkə həm maddi, həm də mənəvi baxımdan böyük itkilərlə üzləşmişdir. Qarabağ və ətraf yeddi rayonun işğalı nəticəsində bir milyondan artıq insan doğma yurd-yuvasından didərgin düşmüş, kəndlər, şəhərlər, mədəni və tarixi abidələr dağıdılmışdır. Azərbaycan xalqı bu dövr ərzində ədalətin və beynəlxalq hüququn bərqərar olunacağı günə ümidlə yaşamışdır.

İşğal altında olan ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən dağıntılar və vandallıq aktları, beynəlxalq hüquq normalarına və insan haqlarına zidd idi. Məscidlər, muzeylər, qəbiristanlıqlar və yaşayış məntəqələri məqsədyönlü şəkildə məhv edilərək həmin ərazilərin tarixdən silinməsi cəhdləri göstərilirdi. Azərbaycan isə bu illər ərzində diplomatik yollarla işğala son qoymaq üçün səylərini davam etdirirdi.

Bu 30 illik müddət ərzində Azərbaycan dövləti daxili sabitliyi qoruyaraq güclü ordu və iqtisadiyyat qurmağa nail oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Bu tarixi zəfər, təkcə hərbi uğur deyil, həm də xalqın iradəsinin və birliyinin parlaq təzahürü idi.

İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. İnfrastrukturun yenidən qurulması, kənd və şəhərlərin salınması, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətində mühüm addımlar atılır. Bu proses Azərbaycanın iqtisadi gücünün və dövlət idarəçiliyinin effektivliyinin göstəricisidir.

Nəticə etibarilə, Azərbaycan 30 il davam edən işğala qarşı həm dözümlü, həm də ardıcıl mövqe nümayiş etdirdi. Bu tarixi mərhələ, Azərbaycanın milli kimliyində və dövlətçilik şüurunda mühüm yer tutur. Vətən uğrunda çəkilən əzabların və qurbanların unudulmaması üçün bu dövr xalqın yaddaşında əbədi qalacaq.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb, Almaniyanın Azərbaycanda səfirliyi açılıb.

Azərbaycan – Almaniya əlaqələrində yeni mərhələnin əsası  Ulu Öndər  Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qoyuldu. Avropa İttifaqı çərçivəsində Dağlıq Qarabağ münaqişəsində Almaniyanın köməyinin artırılması böyük diplomatik uğur sayılır. Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın aspektləri geniş şəkildə müzakirə edilib.Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.

Ağadadaş Həsənalıyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button