AnalitikaGündəmSiyasət

Azərbaycan Balkan ölkələri ilə əməkdaşlığa önəm verir

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova arasında lanç əsnasında geniş tərkibdə görüş keçirildi. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafı müzakirə edildi.

Prezident İlham Əliyev Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı və bu istiqamətdə atılacaq addımların əhəmiyyətini qeyd etdi. O, həmçinin, Azərbaycanın Balkan ölkələri ilə əməkdaşlığa önəm verdiyini bildirdi.

Prezident Qordana Silyanovska-Davkova isə Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu və mədəni diplomatiyanın əhəmiyyətini vurğuladı. O, Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu ifadə etdi və iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd etdi.

Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Hər iki prezident qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini ifadə etdilər və bu dəvətlərə görə minnətdarlıqlarını bildirdilər.

Bu görüş, Azərbaycan və Şimali Makedoniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button