Xocalı Azərbaycan xalqının ən ağır faciəsidir

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri də 1992-ci ilin 25 fevralından 26-na keçən gecə Xocalı şəhər sakinlərinə qarşı etdiyi vəhşiliklər, soyqırımı hadisəsidir. Həmin gecə insanlıq hissini itirmiş erməni quldurları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə tək Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət törətmiş, yüzlərlə dinc insan – yaşlı, uşaq və qadın bir neçə saatın içində öldürülmüş, onlara qarşı ən dəhşətli işgəncə və təhqiramiz əməllər həyata keçirilmişdir. Bu faciə inanılmaz dərəcədə dəhşətli faktlara, miqyasına və mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur kimi soyqırımları ilə, bəşəriyyətə qarşı törədilmiş cinayətlərlə birgə xatırlanır.33 il əvvəl baş vermiş həmin müdhiş gecədə məqsədli və əvvəlcədən planlaşdırılmış şəkildə 613 nəfər amansızcasına qətlə yetirilmiş, cinayətkarlar hətta meyitlərin təhqir edilməsindən belə çəkinməmiş, insanların baş, qol və digər bədən üzvlərini kəsmiş, gözlərini çıxarmış, başlarının dərisini soymuşlar. Hamilə qadınların qarınları süngü ilə deşilmiş, meyitlərlə insanlığa ləkə gətirəcək bir şəkildə davranılmışdır.Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı kimi Azərbaycan xalqının qan yaddaşına yazılmışdır. Ermənilərin məkrli siyasətinin mahiyyətini incəliyinə kimi duyan ulu öndər Heydər Əliyev 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında demişdir: “Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi”.Dilimizdə “Zülm qiyamətə qalmaz” kimi gözəl bir deyim var .Cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilk öncə tarixi ədalətin bərpa edilməsi baxımından xalqımızın hər bir üzvü kimi Xocalı rayon ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Xarici havadarlarının hərtərəfli dəstəyi ilə ardıcıl olaraq Azərbaycanın tarixi torpaqlarını ələ keçirərək, xalqımıza Xocalı soyqırımı kimi faciələr yaşatmış bədnam siyasətə axır ki, dur deyildi. Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkarların gec-tez öz layiqli cəzalarına çatacağı təbiidir”. Ulu öndər Heydər Əliyevin bu müdrik sözləri bütün azərbaycanlılar üçün bir mayak rolunu oynayır və haqqın-ədalətin gec-tez öz yerini tutacağına ümid və inam yaradır.
Ramin Əliyev,
YAP fəalı