AnalitikaGündəmSiyasət

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir. Ölkənin strateji yerləşməsi, zəngin enerji resursları və inkişaf etmiş nəqliyyat infrastrukturu onu regionda etibarlı tərəfdaşa çevirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın regional və qlobal əməkdaşlıqda mühüm rol oynadığını göstərir.

Regional sabitliyin qorunmasında Azərbaycanın balanslaşdırılmış siyasəti mühüm yer tutur. Ölkə qonşularla qarşılıqlı hörmət prinsipi əsasında əlaqələr qurur, beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirir. Xəzər regionunda enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayan Azərbaycan, Avropaya qaz tədarükünü artırmaqla strateji tərəfdaşlarını da gücləndirir.

Hazırkı dövrdə Azərbaycan iqtisadi və siyasi cəhətdən daha da güclənir. İqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat-logistika şəbəkələrinin genişləndirilməsi və yeni texnologiyalara investisiyalar ölkənin mövqeyini daha da möhkəmləndirir. Bütün bu addımlar Azərbaycanın regionda etibarlı və dayanıqlı tərəfdaş kimi önə çıxmasını təmin edir.

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq ticarət yollarını genişləndirir. Bu layihələr Azərbaycanın nəqliyyat mərkəzi rolunu daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya daşınan yüklər üçün ən qısa marşrutlardan biridir. Azərbaycan, Çin və Avropa arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün önəmli tərəfdaşdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərək beynəlxalq arenada nüfuzunu artırdı. Ölkə həmçinin Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edir. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə də ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada yüksək etimada sahib olmasının növbəti təzahürü idi. Bu Azərbaycanın regional və qlobal siyasətdəki rolunu gücləndirir.

Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə qeyd olunduğu kimi Azərbaycanın regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı etibarlı mövqeyi onun strateji coğrafi yerləşməsi, enerji resurslarının idarəedilməsi, nəqliyyat-logistika layihələri və sabitlik təşəbbüsləri ilə möhkəmlənir. Enerji təhlükəsizliyinin təminatçısı və beynəlxalq ticarət yollarının mərkəzi kimi çıxış edən Azərbaycan, həm regional, həm də qlobal arenada sabit və etibarlı tərəfdaş statusunu qoruyur. Diplomatik təşəbbüsləri və sülhə yönəlik addımları ilə ölkə Cənubi Qafqazda yeni bir əməkdaşlıq erasının qurulmasına şərait yaradır. Azərbaycanın bu mövqeyi gələcəkdə də regional liderliyini və beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Ağa Həsənli,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button