AnalitikaGündəmSiyasət

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda strateji mövqeyə malik olan önəmli bir dövlətdir. Tarixi, coğrafi, siyasi və iqtisadi üstünlükləri ilə regionda sabitlik və inkişafın təminatçısı kimi çıxış edir. Azərbaycan, Qafqaz və Xəzər dənizinin qovuşduğu nöqtədə yerləşərək Avropa və Asiya arasında körpü rolunu oynayır. “Əsrin Müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri kimi layihələr Azərbaycanın enerji sektorunda beynəlxalq mövqeyini növbəti dəfə möhkəmləndirdi. TANAP və TAP kəmərləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Ölkənin enerji siyasəti regionda etibarlı enerji təchizatçısı kimi çıxış etməsinə səbəb olub.

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq ticarət yollarını genişləndirir. Bu layihələr Azərbaycanın nəqliyyat mərkəzi rolunu daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya daşınan yüklər üçün ən qısa marşrutlardan biridir. Azərbaycan, Çin və Avropa arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün önəmli tərəfdaşdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərək beynəlxalq arenada nüfuzunu artırdı. Ölkə həmçinin Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edir. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə də ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada yüksək etimada sahib olmasının növbəti təzahürü idi. Bu Azərbaycanın regional və qlobal siyasətdəki rolunu gücləndirir.

Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə qeyd olunduğu kimi Azərbaycanın regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı etibarlı mövqeyi onun strateji coğrafi yerləşməsi, enerji resurslarının idarəedilməsi, nəqliyyat-logistika layihələri və sabitlik təşəbbüsləri ilə möhkəmlənir. Enerji təhlükəsizliyinin təminatçısı və beynəlxalq ticarət yollarının mərkəzi kimi çıxış edən Azərbaycan, həm regional, həm də qlobal arenada sabit və etibarlı tərəfdaş statusunu qoruyur. Diplomatik təşəbbüsləri və sülhə yönəlik addımları ilə ölkə Cənubi Qafqazda yeni bir əməkdaşlıq erasının qurulmasına şərait yaradır. Azərbaycanın bu mövqeyi gələcəkdə də regional liderliyini və beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Əliəkbər Novruzov,
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button