AnalitikaGündəmSiyasət

Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiyanı davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə Azərbaycan-Çin münasibətləri, regional və qlobal iqtisadi inkişaf, nəqliyyat və logistika sahəsində əməkdaşlıq kimi mühüm mövzulara həsr olunmuşdur. Davos İqtisadi Forumu çərçivəsində baş tutan bu müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa və iqtisadi inteqrasiyaya verdiyi önəmi vurğulayıb. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolundan, tranzit potensialından və ölkənin həyata keçirdiyi infrastruktur layihələrindən danışıb. O, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini və regionda etibarlı tərəfdaş olduğunu qeyd edib. Müsahibə zamanı həmçinin Azərbaycanın Çin ilə iqtisadi və siyasi əlaqələrinin inkişafına toxunulub. Son illərdə ticarət dövriyyəsinin artması, yeni investisiya layihələrinin reallaşdırılması və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi xüsusi qeyd edilib.

Qeyd edək ki, Cənab İlham Əliyev qlobal iqtisadiyyatdakı çağırışlara və Azərbaycanın bu istiqamətdə atdığı addımlara da toxunub. Davos İqtisadi Forumu kimi beynəlxalq platformaların ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verdiyini bildirib. Bu müsahibə Azərbaycanın beynəlxalq münasibətlərdə aktiv rolunu bir daha nümayiş etdirib və ölkənin strateji hədəfləri barədə qlobal ictimaiyyətə geniş məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə ölkənin beynəlxalq siyasət və iqtisadi strategiyası ilə bağlı mühüm mesajlar verməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlar, nəqliyyat-logistika sahəsindəki inkişafı, həmçinin qlobal və regional əməkdaşlıqda oynadığı rolu geniş şəkildə şərh edib.

Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb və müxtəlif sahələrdə strateji əməkdaşlıq güclənib. Çin şirkətlərinin Azərbaycandakı investisiyaları və birgə layihələr bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə, enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiya sahələrində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Davos İqtisadi Forumu çərçivəsində verilən müsahibədə Azərbaycanın Orta Dəhlizdəki rolu və nəqliyyat sektorundakı nailiyyətləri geniş müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm tranzit ölkəyə çevrildiyini qeyd edib. Xəzər dənizindəki böyük liman layihələri, yeni dəmir yolu xətləri və yol infrastrukturu Azərbaycanın beynəlxalq yük daşımalarında əhəmiyyətli mərkəzə çevrilməsinə şərait yaradır.

Dünya iqtisadiyyatında baş verən dəyişikliklər və çağırışlar fonunda Azərbaycan çevik və səmərəli strategiyalar həyata keçirir. Prezident İlham Əliyev Azərbaycanın dayanıqlı inkişaf strategiyası, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, xüsusilə, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Davos İqtisadi Forumu kimi beynəlxalq tədbirlər Azərbaycanın dünyadakı mövqeyini gücləndirmək və yeni tərəfdaşlarla əlaqələr qurmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qlobal problemlərin həllində fəal iştirak etməklə beynəlxalq əməkdaşlığa töhfə verməyə hazırdır. Forum çərçivəsində keçirilən görüşlər və müzakirələr ölkənin iqtisadi diplomatiyasının gücləndirilməsi baxımından mühüm addım hesab edilir.

Bu müsahibə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu və gələcək strateji hədəflərini bir daha nümayiş etdirdi və yeni imkanlardan maksimum yararlanmağa çalışır.

Əliyeva Tünzalə,
Yeni Azərabycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button