AnalitikaGündəm

Gənclər Vətənin işıqlı sabahı nurlu gələcəyidir

“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” – Ulu Öndər Heydər Əliyev.

Bildiyiniz kimi, «Gənclər siyasəti» anlayışı, hələ Heydər Əliyevin hakimiyyətdə olduğu, ilk illərdə yarandı. Buna sübut olaraq, 1997-ci ildə, qəbul edilmiş fərmanı göstərə bilərik. Bu qərara əsasən, 1997-ci ildən etibarən, hər il, 2 Fevral tarixi, “Gənclər günü” olaraq qeyd edilir. 2002-ci ilin, 30 Avqust tarixində, yeni qərar qəbul edilir. Burada, ilk dəfə olaraq, «Prezident təqaüdü» təsis edilməsi haqqında qanun öz əksini tapır. Bir müddət sonra isə, Heydər Əliyev, 2002-ci ildə, Qəbul imtahanlarında iştirak edərək, ən yüksək bal toplayan tələbələr ilə görüş keçirdi. Burada çox əhəmiyyətli bir ifadə işlətmişdir: «Siz, Azərbaycanın gələcəyini təmin edən insanlar olacaqsınız, buna görə də, sizin bundan sonrakı fəaliyyətiniz və onun nəticələri, sizə, bizim ölkəmizin həyatında, lazım olan yeri tutmağa imkan verəcək, və siz özünüzdə öz həyatınızı istədiyiniz kimi qura biləcəksiniz, eyni zamanda, xalqınıza və ölkənizə fayda verəcəksiniz». Bu ifadə, yalnız orada əyləşən tələbələrə deyil, həmdə bütün Azərbaycan gənclərinə şamil olunur. Və,bu görüşdən sonra, hər bir gəncdə, öz dövləti üçün irəli addım atmağa həvəs yarandı. Hər bir gənc, öz üzərində bu böyük məsuliyyətdi hiss etdi.

Sözsüz, bu gün, gənclərimiz,elm və təhsil sahəsində, gördükləri diqqət və qayğıya görə ölkəmizə və Prezidentimizə minnətdarlığını bildirir. Və bunu bildirməyin ən əsas yolu məhz Dövlətə Dövlətçiliyə Milli-mənəvi dəyərlərə xidmətimizlə göstərməkdir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir.

Hər bir gəncin,elm,təhsil, yüksək texnologiyalar, idman sahəsində yaradılan imkanlardan istifadə etməsi və nəticələr göstərməsi, mövcud gozləntilərdəndir. Bizim zamanda, artıq,Xarici dil və İnformasiya texnologiyaları sahəsində biliklər, üstünlük yox,minimal tələb olaraq çıxış edir.

Ulu Öndər Heydər Əliyevin, «Gənclər siyasətini», hal-hazırda, canəb İlham Əliyev uğurla davam etdirir. Bu gənclərin hər tərəfli dəstəklənməsi üçün böyük bir addım idi. Və çox gözəl nümunə olaraq, qeyd etmək istərdim ki, 2020-ci il, Azərbaycan Respublikasında, «Könüllülər ili» olaraq təsdiq edilmişdir. Bu qərar, bütün gənclərin ,bilik və bacarıqlarının artırılması üçün əvəzsiz rol oynadı. Sonda, əlbəttə ki, Ümummilli Liderimiz, Heydər Əliyevin, gözəl sözlərini vurğulayardım: «Mən həmişə gənclərə inanmışam, çünki onlar bizim, sabahımız və gələcəyimizdir!»

Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button