“Hər kəsə məlumdur ki, 2 fevral tarixinin Gənclər Günü elan olunması ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Cənab prezidentimiz İlham Əliyev də ulu öndərimiz Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirir. Elmin, təhsilin inkişafında, həmçinin ölkəmizin siyasi, iqtisadi cəhətdən yüksəlişində gənclərin rolu danılmazdır. Bu da dövlət tərəfindən gənclərin inkişafına töhvə verən bir çox addımları atılmasının, faydalı layihələrin hazırlanıb, həyata keçirilməsinin nəticəsidir”.“Azərbaycan gəncləri hər zaman ölkəmizin bayrağını ən yüksək zirvələrdə dalğalandırmağa nail olublar. Buna ən böyük sübut isə 2-ci Qarabağ müharibəsidir. Həmin an gənclərimiz həm ön cəbhədə düşmənlə son damla qanına qədər vuruşdu, həm də informasiya müharibəsində tarixi həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmağı bacardı.
Bu gün həmçinin, Laçın-Xankəndi yolunda keçirilən aksiyada canla-başla iştirak edən gənclərimiz xalqına, dövlətinə sahib çıxır, Azərbaycanın milli-mənafeini müdafiə etmək uğrunda heç nədən çəkinmirlər. Bütün təbriklərə qoşularaq, mən də yaşıdlarımı təbrik edirəm və daim irəlidə olmaqlarını arzulayıram”Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər..O gənclərə ümüdü sonsuz idi,onun gənclər haqqında gözəl duşüncələri hərkəs tərəfindən alqışla qarşılanırdı. İndi bu siyasəti İlham Əliyev cənabları davam elətdirir.1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.
Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq keçirilir. Gənclərin ikinci forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev forumda çıxış edərək gənclərə müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.
Aygün Manıyeva,
Bakı şəhər Xəzər Rayon156 saylı tam orta məktəbin psixoloqu