Analitika

Enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi Türkmənistan üçün də  prioritetdir

Azərbaycanda keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi perspektivi üzərində qurulan logistika və ticarət sahəsində regional və qlobal dəyər yardadacaq xidmətlər təmin olunması üçün şərait yaradılır. Azərbaycanın coğrafi mövqeyi ticarət həcmlərinin müntəzəm artırılmasına imkan verir. Belə ki, həm Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəhlizi üzərindəki əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz həm tranzit ticarəti, həm də idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanına malikdir. Həmçinin  enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi Türkmənistan üçün də  prioritetdir. Bu mənada onun üçün ən yaxşı variant Bakı ilə əməkdaşlıqdır. Mühüm enerji infrastrukturuna malik Azərbaycan enerji sahəsində böyük layihələr həyata keçirib. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi” layihəsi və s. Ötən il dekabrın sonlarından “Cənub Qaz Dəhlizi”nin Avropa seqmenti – TAP kəməri də işə düşüb və nəticədə Xəzər qazı ilk dəfə İtaliyaya olunmağa başlayıb. Türkmənistan öz neftinin təxminən 60%-ni daxildə istifadə edir. O, hasil etdiyi “qara qızıl”ın yalnız 40%-ni xaricə satır. “Dostluq”yatağının birgə istismarı həm Türkmənistanın ixrac potensialını genişləndirəcək, həm də enerji sektorunda, xüsusilə qaz sahəsində əməkaşlığı gücləndirmək üçün münbit şərait yaradacaq. Bu məqamda Türkmənistanın böyük qaz ehtiyatının olduğunu qeyd etmək yerinə düşər. Türkmənistanda 2019-cu ildə qaz hasilatı 63,2 milyard kubmetr olub. Bunun təxminən yarısı ölkə daxilində istifadə edilib.  İtaliya bu gün Azərbaycan qazının nəql olunduğu son nöqtədir. TAP ilə illik 10 milyard kubmetr qaz nəqli mükündür. Gələcəkdə kəmərin daşıma qabiliyyətini 20 milyard kubmetrədək artırmaq olar. Bu, əlbəttə ki, Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi siyasətinə yardım edəcək. Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir. Bakı qarşılıqlı iqtisadi fayda qazanmaq üçün digər ölkələrin də “Cənub Qaz Dəhlizi”nə qoşulmasına müsbət yanaşır. Üstəlik, Bakı ilə Aşqabad arasında enerji sahəsində əməkdaşlıq Azərbaycanın regionun enerji mərkəzi rolunu gücləndirəcək. Amma bu əməkdaşlıq Türkmənistan üçün daha mühüm əhəmiyyət kəsb edir. Çünki ölkə qaz ixracından çox asılıdır və yeni bazarlar, xüsusilə Avropa qaz bazarı Aşqabad üçün cəlbedicidir. Odur ki, Türkmənistan enerji marşrtularının şaxələndirilməsi ilə bir neçə istiqamətdən asılılığını azalda, qazın qiyməti ilə bağlı gələcək danışıqlarda daha güclü mövqedən çıxış edə bilər. Bu, Türkmənistana enerji sahəsində yeni texnologiyalar və mütəxəssilərdən istifadə etmək imkanı da verəcək.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button