2 Fevral – Azərbaycan Gəncləri Günü, ölkənin gənclərinə həsr olunan özəl bir tarixdir. Bu günün qeyd olunmasına 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı əsasında başlanılıb. O zamandan etibarən, 2 Fevral gənclərin nailiyyətlərini dəyərləndirmək, onların problemlərinə diqqət çəkmək və ölkənin inkişafında gəncliyin rolunu vurğulamaq məqsədi daşıyır. Prezident İlham Əliyevin gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin bu sahədə qoyduğu təməllər üzərində inşa edilmiş və daha da genişləndirilmişdir. Prezident cənab İlham Əliyev gənclərin potensialını ortaya çıxarmaq və onlara dəstək olmaq istiqamətində çoxşaxəli proqramlar tətbiq olunmuşdur. Gənclər siyasətinin əsas istiqamətləri aşağıdakıları özünə daxil edir:
Prezident İlham Əliyev gənclərin keyfiyyətli təhsil almaları üçün xaricdə təhsil proqramlarının genişləndirilməsi, yerli universitetlərin inkişafı və yeni texnologiyalara əlçatanlığın asanlaşdırılması istiqamətində addımlar atılmışdır. Təhsil sahəsində olan bu islahatlar gənclərin beynəlxalq müsabiqələrdə nailiyyətlər qazanmasına şərait yaratmışdır.
Gənclərin ictimai və siyasi proseslərdə yaxından iştirakını təşviq etmək məqsədilə müxtəlif forumlar, gənclər təşkilatları və proqramlar təşkil edilmişdir. Gənclərə liderlik bacarıqlarını inkiaf etdirmək üçün fəaliyyətlər əsas prioritetdir.
Prezidentin tapşırığıyla mövcud olan idman infrastrukturu yenidən qurulmuş və gənclərin idmana olan marağı stimullaşdırılmışdır. Beynəlxalq idman turnirlərində azərbaycanlı gənclərin qazandığı nailiyyətlər bu işlərin nəticəsidir. Son illərdə texnologiyaya dəstək siyasəti artıb və gənclərin innovativ fikirlərini reallaşdırması üçün möhkəm bazalar yaradılıb.
Dövlətimizin başçısı cənab İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan gəncləri, təhsil, elm, mədəniyət, idman və innovasiya sahələrində ölkənin beynəlxalq çıxışında çox vacib rol oynayırlar. Bu, ölkənin işıq dolu gələcəyini təmin etmək üçün atılan əhəmiyyətli addımlardır.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi