AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstanın Neft-qaz layihələri bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanat, Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və regionda əməkdaşlıq məsələlərini əhatə edir. Prezident İlham Əliyev çıxışında Gürcüstanın Azərbaycan üçün strateji tərəfdaş olduğu və iki ölkə arasında dostluq münasibətlərinin davam etdirilməsi ilə bağlı fikirlər səsləndirib. Bəyanatda həmçinin Azərbaycanın Gürcüstanla birgə layihələrdə və regional təşəbbüslərdə daha yaxından əməkdaşlıq etməyə hazır olduğu ifadə edilib. Energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən nəqliyyat və ticarət sahələrində yeni layihələrin həyata keçirilməsi istiqamətində müsbət inkişaflar gözlənilir. Bu layihələr, yalnız iki ölkə arasında deyil, həm də regionda mövcud olan digər tərəfdaşlar üçün də faydalı olacaq.

Sonuç olaraq, Cənab İlham Əliyevin Gürcüstanın Baş naziri ilə apardığı görüş və mətbuata verdiyi bəyanat, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini və tərəfdaşlıq ruhunu bir daha təsdiqləyir. Bu cür görüşlər, həm regional, həm də beynəlxalq miqyasda əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button