Analitika

Azərbaycan  region ölkələri üçün beynəlxalq ticarətdə əsas tərəfdaşdır

Avrasiyadakı bir sıra nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır və bu, ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu isə Azərbaycanın bu sahədə regionda gələcəyə yönəlik mühüm addımlar atmasına şərait yaradır. Azərbaycan Respublikasının Avroatlantik məkanda nəqliyyat-tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirən, iştirakçı ölkələr üçün mühüm siyasi və sosial-iqtisadi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tarixində mühüm əlamətdar hadisələrdən biridir. Əsas təşəbbüskarın Azərbaycan tərəfi olduğunu və ölkəmiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq layihənin reallaşma dinamikasına nəzər salmaq yerinə düşərdi. Bakı-Tbilisi-Qars qitələrarası daşımalar üçün geniş imkanlar açır. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. 2017-ci ildə Cənab Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında şəxsən iştirak etmişdir. Ölkə başçısı öz çıxışında bildirmişdir ki ki, bu vəsilə ilə Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi daha da da artacaq : “Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq.” Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ilə Azərbaycanın tranzit imkanları daha da artıb. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir. Son illərdə dünya üzrə istehsalın miqrasiyası baş verməkdədir. İnkişaf etmiş ölkələr istehsallarını inkişaf etməkdə olan ölkələrə daşıyırlar. Hazırda isə dünya iqtisadiyyatı daha yeni  ilə üzləşir. Belə ki, artıq bu ölkələr öz istehsallarını və yaxud onun bir hissəsini yeni ölkələrə keçirir (istehsalın fraqmentləşdirilməsi) və bunun üçün etibarlı tərəfdaşlar axtarışındadır. Belə vəziyyətdə son illər Qlobal Rəqabətlilik Reytinqi dinamik artan Azərbaycan çox uğurlu tərəfdaş kimi çıxış edəcək və yeni dəmir yolu bağlantısı Azərbaycanın beynəlxalq dəyər zəncirlərinə qoşulmasına infrastruktur imkanları yaradacaq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button