Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Üzeyir Hacıbəyov, 28 may, H.Seyidzadə, Səməd Vurğun küçələrində və Vaqif prospektində yaşayan seçicilər ilə görüşləri keçirilib.
Globalnews.az xəbər verir ki, görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Əziz Zeynalov, Rahib Hacıyev, Xalid Kərimov, Faiq Məmmədov və Fazil Qurbanov Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərdən danışıblar. Çıxış edənlər zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyasının seçkilərə böyük qələbə əzmi ilə qatıldığını deyiblər.
Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.