SiyasətGündəm

Xalqın YAP-a sarsılmaz inamı partiyanın növbəti qələbəsini şərtləndirir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi bələdiyyəsi üzrə Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 19, Bəşir Səfəroğlu küçəsi, ev 17, Sahib Zeynalov küçəsi, ev 21, Ə.İskəndorv küçəsi 12, M.Cəfərov 37 və R.Behbudov 142 ünvanlarında Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə fərdi görüşlər keçirib.

Globalnews.az xəbər verir ki, görüşlərdə çıxış edən YAP-ın bələdiyyyə üzvlüyünə namizədlər Söhrab Həşimov, Rahib Hacıyev, Günay Səfərova, Lalə Əlizadə, Fidan Tağıyeva-Soncul və Mətləb Məmmədov bildiriblər ki, Yeni Azərbaycan Partiyasının vahid proqramı vardır və bu proqramdan irəli gələn bütün məsələləri bələdiyyələr icra edir və edəcəkdir. Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var.

Müstəqillik dövründə keçirilən bütün seçkilərdə YAP-ın inamlı qələbəsindən danışan namizədlər növbəti bələdiyyə seçkilərinin də Yeni Azərbaycan Partiyasının qələbəsinin təntənəsi olacağını vurğulayıblar.

Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.

Oxşar Xəbərlər

Back to top button