SiyasətGündəm

Gücünü xalqdan alan partiya

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi bələdiyyəsi üzrə Nəsimi rayonu, 28 may küçəsi, ev 20, Ak.Mustafa Topçubaşov küçəsi, ev 21, Sahib Zeynalov küçəsi, ev 22/23 və Cavadxan küçəsi 70 ünvanlarında Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə fərdi görüşlər keçirib.

Globalnews.az xəbər verir ki, görüşlərdə çıxış edən YAP-ın bələdiyyyə üzvlüyünə namizədlər Ramin Əhmədov, Ədviyə Rəsullu, Rahib Hacıyev və Seyfəl Babayev bildiriblər ki, Yeni Azərbaycan Partiyasının vahid proqramı vardır və bu proqramdan irəli gələn bütün məsələləri bələdiyyələr icra edir və edəcəkdir. Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var.

Oxşar Xəbərlər

Back to top button