AnalitikaGündəm

Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirən müasir Azərbaycan gəncliyi

Bu gün gənclər ölkənin iqtisadi, siyasi həyatında mühim rol oynayır. Təbiidir ki, ölkənin hərtərəfli uğurlu inkişafı və gələcəyi Vətənə sevgi ruhunda tərbiyə olunmuş, geniş dünya görüşünə və yüksək mənəvi tərbiyəyə malik gənclərdən aslıdır. Azərbaycanın inkişafının sağlam düşüncəli gənclərlə mümkün olduğunu bilən Ulu Öndər Heydər Əliyev uğurlu gənclər siyasətinin aparılmasını, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini hər zaman dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmiş və bu istiqamətdə mühim addımlar ataraq müasir Azərbaycan Respublikasının gənclər siyasətinin əsasını qoymuşdur .

Gənclərin inkişafı, onların vətənpərvər ruhda böyüməsi və cəmiyyətin əsas problemlərinin həllində aparıcı qüvvəyə çevrilməsi üçün təhsilinin rolunun əhəmiyyətini hər zaman vurğulayan Ulu Öndər uzaqgörən siyasət yeritmiş, 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmışdır. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ən mühim nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yetişdirilməsi idi. Həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişdləndirildi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində SSRi-nin  170 nüfuzlu ali məktəblərinə 3500 azərbaycanlı gənc təhsil almağa göndərilmiş, həmin gənclərin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.

Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gəncləri yüksək səviyyədə müxtəlif ixtisaslara yiyələnmiş və ölkənin rifahı üçün savadlı kadr kimi vətənə xidmət göstərməyə başlamışlar.Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir,iqtisadiyyatımızın, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Gənclər siyasətinin təşkilatçısı olan Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini olduğu dövrdədə gənclərin yanında olmuş, onların partiya işlərində irəli çəkilməsinin tərəfdarı olmuşdur. 1985-ci ilin Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Beynəlxalq Gənclər ili” elan olunması ilə əlaqədar həmin il SSRİ-də Beynəlxalq Gənclər Gününün keçirilməsi üçün Heydər Əliyevin sədrliyi ili Komissiyanın yaradılması da onun uğurlu gənclər siyasətinin davamı idi. 1986-ci il yanvarın 31-də Heydər Əliyev Beynəlxalq Gənclər ilinin keçirilməsi üzrə Komissiyanın yekun iclasında görülən işlərdən danışarkən uğurlu gənclər siyasətinin həyata keçdiyi məlum olmuşdur. Qısa müddət ərzində yüzlərlə ümumtəhsil məktəbi, texniki-peşə məktəbi, məktəbəqədər müəssisə, 2 yeni ali məktəb açılmış, Sosial proqramı həyata keçirən Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin yeni evlənənlərə  mənzil şəraitinin yaxşılaşdırılması və təsərrüfat təminatı üçün kreditlər verilməsini, uşaqlara görə əlavə ödənişləri, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına verilən müavinətlərin məbləğinin artırılması və s. nəzərdə tutan qərarlar qəbul edilmişdir. Minlərlə gənc oğlan və qız təsərrüfat, partiya və sovet işlərində irəli çəkilmişdir. Gənc nəslin ictimai və dövlət işlərində fəaliyyətini yüksəltmək,bəşəriyyətin qarşısında duran sosial, iqtisadi, mədəni və ekoloji məsələlərin həllində gəncliyin töhfəsini artırmaq istiqamətində Heydər Əliyevin uğurlu siyasəti gənclərin Ulu Öndərin ətrafında sıx birşləşməsinə zəmin yaratmışdır.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da gənclər siyasi-iqtisadi sahədə mühim yer tuturdu. Müstəqillik dövrünün ilk illərində çox sayda gənclər təşkilatları yaransa da, hakimiyyətdə olan hərc-mərclik şəraitində onların əksəriyyətində siyasiləşmə meylləri özünü göstərirdi.Hakimiyyətə gəldiyi ilk günlərdən etibarən Ulu Öndər gənclər siyasətini dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmiş,bu yöndə bir çox fərman və sərəncamlar imzalayaraq müstəqil Azərbaycan Respublikasının inkişafı istiqamətində zəngin təməl yaratmışdır.  Heydər Əliyevin sovet Azərbaycanına, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün münbit şərait yaradılmış, onların yüksək səviyyədə ixtisaslara yiyələnməsinə və yüksək hazırlıqlı kadrlar kimi hakimiyyətdə irəli çəkilməsində dəstək olmuşdur.

Təsadüfi deyilki, Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi gördüyü ilk tədbirlərdən biri gənclərlə  22 sentyabr 1993-cü ildə baş tutmuş görüşü olmuşdur. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.” sözlərini söyləyən Heydər Əliev həm də ölkənin inkişafı yolunda gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirirək, onların qarşısında tarixi bir vəzifə qoymuş oldu. Müharibə şəraitində olan bir ölkədə gənclərin vətənpərvərruhlu böyüməsinin əhəmiyyətini vurğulayan Heydər Əliyev onların savadlı kadr kimi dövlət quruculuğunda iştirakı üçün təhsilin önəmini bəyan etmişdir. Bu istiqamətdə əsaslı tədbirlər görülmüş, 1993-cü ildən başlayaraq təhsilin inkişafına ayrılan büdcə təxsisatları artırılmışdır. Əgər 1995-ci ildə təhsilin ehtiyaclarına 17 faiz büdcə vəsaiti ayrılmışdırsa, 2001-ci ildə bu göstərici artıq 23 faizə bərabər idi. Ərazisinin 20 faizi işğal altında olan, bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan bir ölkənin büdcəsinin beşdə bir hissəsinin bu sahəyə yönəlməsi gənclər siyasətinə ayrılan diqqətdən xəbər verir. Ali təhsil müəssisələrinin təkmilləşdirilməsi istiqamətində görülən əlamətdar hadisələrdən biri də M.F.Axundzadə adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universitetinin yaradılması olmuşdur.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi, perspektivli idman kadrlarının axtarışı və idmanda kütləviliyin artırılması mühüm yer tutur. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün Olimpiya İdman Kompleksləri istifadəyə verilib.Hələ 1997-ci ildə MOK-nin prezidenti seçilən Cənab İlham Əliyevin göstərişi iləölkədə idmanın səviyyəsinin yüksəldilməsi üçün gənclərə hər cür şərait yaradıldı, dünya standartlarına uyğun müasir idman kompleksləri tikildi, onlar lazımi idman ləvazimatları ilə təmin edildi və bütün gəncləri idmana cəlb edərək onun kütləviliyinə nail olundu. Məhz bu uğurlu siyasətin nəticəsi olaraq İlk Avropa Olimpia oyunlarının Bakıda keçirilməsi əlamətdar hadisə idi.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərlə bağlı siyasi kurs bu gün onun ideyalarını əbədi yaşadan, gələcək nəsillərə çatdıran cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına yönəlmiş istedadlı gənclərin müəyyən edilməsinə, inkişafına səbəb olmuşdur. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını daha da stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə fərman verdi. Aparılan uğurlu gənclər siyasəti nəticəsində vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoyaraq, torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı tarixi torpaqlarımızda yenidən qürurla dalğalandırdılar. 21-ci əsr Azərbaycan gəncliyi müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, uğurlu dövlət siyasətinin inkişafında mühüm rol oynayır.

İsmayılzadə Nihat,
Bakı Slavyan Universiteti İctimai elmlər kafedrasının müəllimi

Oxşar Xəbərlər

Back to top button