Gündəm

Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümü münasibətilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirildi.

Globalnews.az xəbər verir ki, aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və YAP fəalları iştirak edirdilər.

Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın eldar şamı və zeytun ağacı əkildi, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərildi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button