AnalitikaGündəm

Çiçəklənən Azərbaycan Ulu Öndərimizin əsəridir

90-cı illərdə Azərbaycanın siyasi meydanında xaotizm özbaşınalıq baş alıb gedirdi. Ardıcıl olaraq çoxsaylı siyasi partiyalar yaranırdı. Heç biri də milli maraqlara xidmət etmirdi. Özünü siyasətçi adlandıran bacarıqsız insanların yaratdığı partiyalar Azərbaycanın siyasi və ictimai həyatını daha da pisləşdirirdi. Ölkədə özbaşnalıq hökm sürür, heç bir siyasi təcrübəsi, fəaliyyəti olmayan insanlar özünü siyasətçi adlandırırdı. Əksinə, ölkəmiz parçalanmaq təhlükəsi qarşısında idi. Buna görə də milləti birləşdirən böyük siyasi xadimə ehtiyac vardı. Ölkənin siyasi və hərbi vəziyyətini görən xalqımızın 91 nəfər nümayəndəsi, ziyalısı, alimi, ağsaqqalı müraciət etdi. Tarixə “91-lərin müraciəti” kimi qalan bu istək Ulu Öndərimizin yenidən siyasət meydanına qayıtması idi. Beləliklə, xalqımızın xilaskarı Heydər Əliyevin siyasi təcrübəsindən vədünyagörüşündən yaranan bir partiya yarandı. 1992-ci il 21 noyabrda YAPın təsis konfransı keçirildi. Bu ən böyük tarixi qərar idi. YAP Azərbaycan xalqının partiyasıdır, Ulu Öndərimizin siyasətinin mirasıdır. Ümummili liderimizin görmək istədiyi Azərbaycanın siyasi ideologiyasıdır. Yeni Azərbaycan Partiyasının sıralarında bu gün əksəriyyəti gənclərdən, ziyalılardan ibarət bir ordu dayanır. Ulu Öndərin siyasi kursunun davamçısı olan vətəndaşlar 90-cı illərin siyasi cəhətdən təcrübəsizliyinin acı nəticəsinin yenidən təkrarlanmaması üçün əlindən gələni edir. Xalq -dövlət və dövlət -xalq birliyi ölkəmizi daha da gücləndirir. Vətənə, dövlətə sadiq xalqımız Heydər Əliyev siyasi kursunu şərəflə davam etdirir. Ulu Öndərin siyasi mirasının davamçısı olan müzəffər Ali Baş Komandanımız Azərbaycanımızı bütövləşdirdi. İtirilən torpaqlarımız Prezidentimizin başçılığı və ordumuzun gücü ilə geri alındı. İndi Azərbayacanımız Ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətinə vəarzusuna uyğun olaraq inkişaf edir. Çiçəklənən Azərbaycan Ulu Öndərimizin əsəridir.

Humay Vəliyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button