AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi siyasi və demokratik inkişafının təməl daşlarından biridir

12 noyabr – Konstitusiya Günü, Azərbaycanın hüquqi və siyasi həyatında yeni bir dövrün başlanğıcıdır. Azərbaycan Konstitusiyası, ölkənin müstəqil dövlət quruluşunun təməlini qoyan, hüquqi dövlətin və demokratiyanın inkişafına yönəlmiş bir sənəd olaraq önəmli rol oynayır. Bu tarix, həm də Azərbaycan xalqının daha demokratik, azad və hüquqi cəmiyyətə doğru inkişafının simvolu olmuşdur. Hər il 12 noyabrda keçirilən tədbirlər, Konstitusiyanın verdiyi hüquq və azadlıqlardan istifadə etməklə ölkənin gələcək inkişafına töhfə verən bir əhəmiyyətli gündür.

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, siyasi və demokratik inkişafının təməl daşlarından biridir. Bu mühüm sənəd təkcə dövlətin hüquqi əsaslarını müəyyənləşdirmir, həm də xalqın milli iradəsini, tarixini və müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir. Azərbaycan xalqının ədalət və azadlıq uğrunda mübarizəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki tarixi qələbə ilə ən yüksək zirvəyə çatdı. Bu qələbə Azərbaycan Konstitusiyasının təsbit etdiyi dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prinsipinin gerçəkləşməsində mühüm rol oynadı.

Azərbaycan Konstitusiyası dövlətin ərazi bütövlüyünün qorunmasını hüquqi vəzifə kimi müəyyən etmişdir. Lakin Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti bu hüququn təmin olunmasına maneə yaradırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər bu hüququn bərpası ilə nəticələndi. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edərək, Konstitusiyanın təsbit etdiyi əsas prinsipin gerçəkləşməsini təmin etdi. Bu qələbə yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmadı. Bu, həm də dövlətimizin hüquqi, siyasi və diplomatik mövqelərinin möhkəmlənməsinə səbəb oldu.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button