AnalitikaGündəmSiyasət

Türk Dövlətlər Təşkilatına üzv olan dövlətlər arasında yaxın dostluq və qardaşlıq əlaqələr olması təşkilatın gələcək inkişafına böyük təsir göstərəcəkdir

Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci zirvə toplantısı keçirilir.Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan, mühüm tarixi əhəmiyyətə malik olan bir sammitdir. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də  bu mötəbər sammitdə iştirak edir. Tarixi ənənələrə dayanan, ildən ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə vermişdir. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT)  qardaş türk xalqlarının qürurla öz maraq və dəyərlərini birgə bölüşdüyü səmərəli əməkdaşlıq platformasına çevrilmişdir. Bu təşkilatda bir sıra ciddi, həm siyasi, həm iqtisadi məsələlər müzakirə olunub. Xüsusilə son vaxtlar Azərbaycan – Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsi də bu təşkilatda müzakirə olunur və yəqin ki, bu dəfə də müzakirə olunacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Dəhlizin potensialından maksimum istifadə, Zəngəzur dəhlizinin açılması kimi məsələlər də gündəlikdə olan məsələlərdən biridir. Bu təşklatda əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi rolu var. Cənab İlham Əliyevin bildirdiyi kimi, Türk Dövlətləri Təşkilatının potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz türk dövlətlərinin üzərinə düşür. Bu, çox ciddi bir mesajdır. Bu, ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Cənab Prezidentin 2024-cü  il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı dediyi kimi, bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır: Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”- , deməsi bir daha onu göstərir ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bu təşkilatın inkişafına, burada iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə nə qədər böyük əhəmiyyət verir. Hazırda dünyada baş verən bir sıra qlobal müharibələr onu deməyə əsas verir ki, bu dövlətlərin tərkibində olan dövlətlərdə təhlükəsizliyini təmin etmək problemi hələlik var və bu məsələ ətrafında da müəyyən müzakirələr aparılmaqdadır. Xalqımız  böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, həm sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan türk dövlətləri ilə əlaqələrin ən yüksək formada inkişaf etdirilməsində maraqlıdır. Türk Dövlətlər Təşkilatına üzv olan dövlətlər arasında yaxın dostluq və qardaşlıq əlaqələr olması təşkilatın gələcək inkişafına böyük təsir göstərəcəkdir. Bişkekdə keçirilən zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaqdır. Türk Dövlətləri Təşkilatının genişlənməsi  təşkilata üzv olmayan dövlətlərin maraq göstərməsinə səbəb olub. Bu təşkilatın həm  iqtisadi platformasının geniş olması, ümumi daxili məhsulda çox mühüm rolunun olması, təxminən dünya iqtisadiyyatının 30 %-ə qədəri bu dövlətlərin payına düşməsi təşkilatın daha da genişlənməsinə, yeni dövlətlərin də  təşkilata daxil olmasına şərait yaradacaqdır.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button