AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Vətən müharibəsi, Prezidentin bütün addımlarının bir məqsəd üçün atıldığını sübut etdi

8 Noyabr 2020-ci il, Azərbaycanın tarixində bir dönüş nöqtəsi oldu. Prezident, bu tarixi günün önəmini vurğulamaqla yanaşı, müharibə nəticəsində əldə olunan qələbənin Azərbaycanın gələcək inkişafına necə təsir edəcəyini də qeyd etdi. Qarabağın və Şərqi Zəngəzurun bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi və regionda sülhün təmin olunması Prezidentin qarşısında duran əsas vəzifələrdən biridir. Vətən müharibəsinə hazırlıq dövründə Prezident, Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsi, hərbi hazırlığın artırılması və milli müdafiə strategiyasının gücləndirilməsi üzərində xüsusi durdu. Hərbi sənayenin inkişafı və müasir texnologiyaların tətbiqi, müharibə zamanı əldə olunan qələbənin əsas səbəblərindən  biri oldu. 2020-ci il sentyabrında başlayan Vətən müharibəsi, Prezidentin bütün addımlarının bir məqsəd üçün atıldığını sübut etdi: Azərbaycanın ərazi bütövlüyünün bərpası. İlham Əliyev, müharibə ərəfəsində və zamanı strateji planlamalarla düşmənə qarşı sarsıdıcı zərbələr endirdi. Bu müharibə, həm də Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirdi, ölkə xalqının milli ruhunu yüksəltdi. Ən önəmli məsələ isə odur ki, Vətən Müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da genişləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Amma məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi.  Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Prezidentimiz Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə ölkəmizin başçısı öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Qurulan infrastruktur,  salınan müasir qəsəbələr, tikilən xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, o cümlədən məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Bütün bunlar həm Qarabağı, həm də Şərqi Zəngəzuru əsl Gülüstana çevirib.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button