Gündəm

Nəsimi Rayonunda Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 1 oktyabr “Ahıllar günü”nə həsr olunmuş görüş keçirilib

Nəsimi Rayonunda Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 1 oktyabr “Ahıllar günü”nə həsr olunmuş görüş keçirilib.

Globalnews.az xəbər verir ki, keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika Ağsaqallar Şurasının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Ağsaqqallar Şurasının üzvləri, cəmiyyət sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləbdirilib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edərək, dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq nəzərə çatdırıb ki, Ulu Öndərin bu yöndəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Müstəqil Azərbaycanın gücü artdıqca əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət göstərilir.Qeyd etdi ki, Ulu Öndərin ciddi səyləri və təşəbbüsü ilə 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bütün bunlar bu təbəqədən olan insanlara qayğının bariz nümunəsidir.

Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirdi ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas cəhətlər sırasındadır.

Digər çıxış edən ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirərək hər zaman ölkəmizin, vətənimizin, torpaqlarımızın qorunmasında gənc nəsillərlə birgə vətən keşiyində olacağını bildirdilər.

Sonda rayon Ağsaqqallar Şurasının sədri bir qrup ağsaqqallara yubileyləri münasibətilə diplom və hədiyyələr təqdim etdi.

Oxşar Xəbərlər

Back to top button