AnalitikaGündəm

Mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inkişafıdır

Azərbaycan milli mətbuatı da yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul  missiyanı yerinə yetirib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, bütün çətinliklərə dözüb, öz yolundan dönməyib, daim həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində,  bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Şərəfli bir yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.

Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev daim mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə böyük önəm vermişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.44 günlük müharibədə əldə etdiyimiz böyük Zəfərdən sonra isə mətbuatımızın qarşısında daha mühüm vəifələr durur.

Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük peşəkarlıqla  bu işin öhdəsindən layiqincə gəlirlər.Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini, bütün media mənsublarını təbrik edir, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.

Əliyev Ramin
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button