Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Şimali Makedoniyadan olan həmkarı Bujar Osmani ilə görüşüb.
www.aktualinfo.az/icxeberinfo “Report”a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
C.Bayramov bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.