Gündəm

YAP Nəsimi rayon təşkilatının sədri və Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.  Mirəli Qaşqay, Salatın Əsgərova, Ənvər Qasımzadə, Ağadadaş Qurbanov, Sahib Zeynalov küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Globalnews.az xəbər verir ki, qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il – “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin, bələdiyyənin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Oxşar Xəbərlər

Back to top button