YAP Nəsimi rayonunda Azərbaycan Universiteti ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası olub

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, “Ceyhun Hacıbəyli 71” (Azərbaycan Universiteti) ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası olub.
Globalnews.az xəbər verir ki, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və çıxış üçün sözü iclasda iştirak edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verib.
A.Süleymanov 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə yaradılan YAP-ın misilsiz xidmətlərini, şərəfli yolunu qeyd edib, bu gün Azərbaycan Respublikasının Prezidentinin rəhbəri olduğu partiyanın güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nüfuza malik olduğunu bildirib və YAP-ın ölkəmizin inkişafı proseslərində daim ön sırada olaraq fəal iştirakını vurğulayıb.
Çıxışlardan sonra səsvermə keçirilib və Nəsimi rayonu, “Ceyhun Hacıbəyli 71″ (Azərbaycan Universiteti) ərazi ilk partiya təşkilatının sədri seçilib.
Çıxışlardan sonra səsvermə keçirilib və Ceyhun Hacıbəyli 71” (Azərbaycan Universiteti) ərazi partiya təşkilatının sədri Rauf Səmədov, Fuad Qırxlarov isə sədr müavini seçilib.
İclasın sonunda ərazi ilk partiya təşkilatının sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.




