Gündəm

Nəsimi rayonunda səyyar qəbullar keçirildi

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov mikrorayonda səyyar qəbul keçirmişdir.

Globalnews.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cavadxan, Hüseynbala Əliyev, Məmmədcəfər Cəfərov küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Verdiyev Nizami, Tağıyev Rizvan, Ahəngi Vaqif, Əsgərov Qurban, Əliyev Salman,  Gərgərli Ülviyyə, Əhmədov Rövşən, Mərdanov Çingiz, Fətullayev Tahir  və digərləri bir sıra bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşması, ağacların budanması, qurumuş ağacın kəsilməsi, oturacaqların quraşdırılması, uşaqlar üçün əyləncə elementlərinin quraşdırılması, avtomobillər üçün həyətdə parkinq sahəsinin yaradılması, fasadın təmiri, parkın işıqlandırılması, həyətin işıqlandırılması, istismar müddəti keçmiş su-kanalizasiya xətlərinin təmiri, yolda avtomobillərin birtərəfli hərəkərinin təşkili barədə müraciətlər etdilər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Oxşar Xəbərlər

Back to top button