Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur

Azərbaycan bərpaolunan enerji mənbələrindən istifadə olunmasında həm maraqlı, həm də tərəfdar olan ölkələr siyasındadır. Azərbaycan 2030-ci il sosial-iqtisadi inkişafa dair “Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer tutur. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 %-dən 2025-ci ildə 24%, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır.Bu istiqamətdə inamlı addımlar atılır.
Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişdir. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar vardır. Bir sözlə,həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılmışdır və günəş,külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır,bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər maraq göstərirlər.
Xızı-Abşeron və Qaradağ ərazilərində isə ilk nəhəng layihələrin həyata keçirilməsinə artıq start verilmişdir. Onlardan biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasıdır. Stansiyanın təməlqoyma mərasimi ötən ilin martın 15-də Gülüstan sarayında keçirilmişdir. Elə buradaca xatırladaq ki,cəmi iki ay əvvəl həmin sarayda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin tikdiyi “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bu tədbirlərin hər ikisi adi hadisələr deyil,Azərbaycan energetikasının davamlı inkişafını səciyyələndirən önəmli faktlardır.
Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir.Ölkəmiz uzun illərdir ki, bu məsələnin həlli ilə bağlı çalış və bu gün real nəticələr,artıq görür.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan yaradır. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Belə ki,Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz,eyni zamanda nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar qurulmuşdur ki,bu da öz növbəsində unikal bir vəziyyət yaradır. Azərbaycan nəinki xam neft,neft məhsulları və təbii qaz,eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Əliyeva Könül,
Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi